2017-ci ilin oktyabrın 30-dan noyabrın 5-dək Azərbaycan Yerli Demokratiya həftəsi çərçivəsində Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin tərtib etdiyi tədbirlər planı çərçivəsində 30 oktyabrda Bakıxanov bələdiyyəsinin sədri –Sabunçu rayon Bələdiyyələr şurasının sədri Ramiz Nəsibov “Açıq qapı” günü çərçivəsində səhər saatlarından başlayaraq qəsəbə sakinləriniN qəbulunu keçirmiş, onları maraqlandıran suallara cavab verməklə bərabər Bakıxanov Bələdiyyəsinin həyata keçirtdiyi layihələr barədə, Bələdiyyə büdcəsi və onun formalaşdırılmasında sakinlərin rolu haqda söhbətlər aparılmışdır.
Məlumatda bildirilir ki, “Yerli Demokratiya Həftəsi”nin ilk günü səmərəli keçmişdir.
Qeyd edilir ki, bələdiyyədə bu həftə “Bələdiyyə-vətəndaş,vətəndaş-Bələdiyyə əlaqələrini möhkəmləndirık” şüarı altında keçirilir.
Belediyye.info